İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında Qurani-Kərimin hifzi və qiraəti üzrə kişilər, xanımlar, tələbələr və görmə qüsuru olanlar arasında 35-ci beynəlxalq Quran yarışları sona çatdı.
İran İslam Respublikasının 35-ci beynəlxalq Qurani-Kərim yarışlarının tərkib hissəsi kimi keçirilən "İslam Dünyasının Dini Tələbələrinin 2-ci Beynəlxalq Quran Yarışları" dünən, həftənin ikinci günü, 25 Aprel 2018-ci il, başa çatıb və axşam saatlarında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
"İslam Dünyasının Dini Tələbələrinin 2-ci Beynəlxalq Quran Yarışları"nın yekun mərasimi İİR-nın müqəddəs Qum şəhərinin İmam Kazim (ə) adına ali elmi mədrəsəsinin "Peyambəri-Əəzəm (s) toplantı salonu"nda keçirilib. Mərasimdə Qum Ali Dini Elmi Hövzəsinin tanınmış ustadları, Ali Dini Elmi Hövzənin rəisi Ayətullah Əərafi və şiələrin böyük təqlid mərcəsi Ayətullah Ümza Sübhani iştirak ediblər.
Mərasimdə mükafatlandırılan və Quranın hifzi və qiraəti üzrə birinci üç yeri qazanan tələbələrin adını ixtisas kateqoriyası üzrə təqdim edirik:
Qurani-Kərim qirəti və məfhumları
Məhəmməd Zahidi – birinci yer – İran
Əli Həsən Əbdül-əəla – ikinci yer – İraq
Məhəmməd Rza Nuri – üçüncü yer – Əfqanıstan
Qurani-Kərim hifzi və məfhumları
Mahmud Novruzi – birinci yer – İran
Əhməd Yüsri – ikinci yer – Misr
Məhəmməd Ticani- üçüncü yer – Qana
Quran ayələri əsasında xütbə oxumaq (natiqlik qabiliyyəti)
Həsən Məhəmməd Vəlid Bərəkat – birinci yer – Suriya
Macid Vəşli – ikinci yer – Yəmən
Əhməd Ğərbavi – üçüncü yer – İran