IQNA

Xristian cavanın Qurani yaradıcılığı – Foto

6:44 - October 01, 2018
Xəbər sayı: 3483982
Misrin Mina əyalətinin cənubunda yaşayan xristian bir cavan Əbu Qərqas şəhərinin Füqai kənd məscidinin divarlarına hüsnxətt ilə Quran ayələri yazıb.

Xristian cavanın Qurani yaradıcılığı – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin Mina əyalətinin cənubunda yaşayan xristian bir cavan Əbu Qərqas şəhərinin Füqai kənd məscidinin divarlarına hüsnxətt ilə Quran ayələri yazıb.

Basim Vəsfi Təvazrus Əbu Qərqas şəhərinin Füqai kənd məscidinin divarlarına eşq və həvəslə yazdığı Quran ayələri ilə gözəl hüsnxətt nümunələri yaradıb.

O, Misrin xristian qibtilərindən və Əbu Qərqas şəhərinin ümumi əlaqələr şurasının işçisidir. Came məscidin divarlarına Quran ayələrini hüsnxətt incəsənət növü ilə bəzəmək üçün heç bir qarşılıq almayıb.

Basimin bu işini şəhər və kənd əhalisi alqışlayıb və sosial şəbəkə istifadəçiləri geniş miqyasda paylaşaraq onun milli vətənpərvərlik ruhiyyəsini tərifləyiblər.

Bundan öncə də Mina əyalətində qibti xristianlardan bir nəfər məscidin tikintisinə 200 min misr pondu və digər bir qibti isə 3 ton dəmir hədiyyə etmişdi.

Qeyd edək ki, qibtilər Misrin ən qədim yerli sakinləridirlər. Onlar xristian dininə inanırlar. Miladın 400-800-cü illərində xristian dini misirlilərin əsas məzhəbi olub. Qibtilər qədim Misrin "domutik" dilindən qalma "qibti" dilində danışırlar. Hazırda isə bu dildə danışan çox azdır. Qibtilər 18-ci əsrdən əsasən Ərəb dilində danışırlar. Orta Şəqrin ən böyük xristian cəmiyyətini təşkil edən qibtilər İskəndəriyyənin Ortodoks qibti kilsəsinə tabedirlər.  

http://iqna.ir/fa/news/3751521

ابتکار قرآنی جوان مسیحی در مسجد«منیا»ی مصر+عکس

ابتکار قرآنی جوان مسیحی در مسجد«منیا»ی مصر+عکس

ابتکار قرآنی جوان مسیحی در مسجد«منیا»ی مصر+عکس

ابتکار قرآنی جوان مسیحی در مسجد«منیا»ی مصر+عکس

ابتکار قرآنی جوان مسیحی در مسجد«منیا»ی مصر+عکس

Teqlər: iqna ، kilsə ، qibti ، ortodoks
captcha