IQNA

Ali Rəhbərin iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti mərasimi - FOTO

8:48 - February 06, 2019
Xəbər sayı: 3484651
Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunan günlərinin yetişməsi ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ayətullah Xameneinin iştirakı ilə fevralın 6-dan əza mərasimi təşkil olunur. 

Ali Rəhbərin iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti mərasimi - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam peyğəmbərinin sevimli qızı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunan matəm günlərinin yetişməsi ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə fevralın 6-dan əza mərasimi təşkil olunur. 

Xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərinin iştirakı ilə keçirilən mərasimdə, Höccətül-İslam Xatəmi Həzrət Fatimənin (s.ə) ali şəxsiyyətindən, yüksək keyfiyyətlərindən və üzləşdiyi müsibət və bəlalardan danışıb. Daha sonra mərsiyələr oxunub. 

Həzrət Fatimənin (s) şəhadət günü ilə bağlı iki tarix qeyd olunub: Cəmadiül-əvvəl ayının 13-ü (2019-ci il yanvar ayının 20-i -Peyğəmbərin (s) vəfatından 75 gün sonra) və Cəmadiül- sani ayının 3-ü (2019-ci il fevral ayının 9-u -Peyğəmbərin (s) vəfatından 95 gün sonra).
 
Bu münasibətlə Əhli-Beyt (ə) ardıcılları qeyd olunan hər iki tarixdə 3 gün müddətində əzadarlıq məclisləri təşkil edir və o həzrətə matəm saxlayır. Hər iki tarixdə qeyd olunan əzadarlığa "Əyyami Fatimiyyə" deyilir. /maide.az/
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
captcha