İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın Texas ştatının Hyuston şəhər xəstəxanasında namazxana açılıb.
Hyuston şəhərin Willowbrook xəstəxanasında müsəlmanlar üçün namazxananın açılışı olub.
Namazxananın giriş qapısı İslami ənənəvi naxışlarla bəzədilib və qapının üzərinə Quran ayələri yazılıb.
Namazxana xəstəxanada çalışan iki müsəlman həkim tərəfindən açılıb. Orada müxtəlif dillərdə Quran və dua kitabları qoyulub.
Qeyd edək ki, Hyuston bölgəsində 18 məscid fəaliyyət göstərir.