IQNA

Sionist qəsəbə sakinləri Həzrət Yusifin məqbərəsinə hücum etdilər

18:37 - April 07, 2016
Xəbər sayı: 3480311
Tehran, 07.04.2016 – Bu səhər çağı 1000 nəfər sionist qəsəbə sakini Fələstinin Nablos şəhərində Həzrət Yusif peyğəmbərin (ə) məqbərəsinə hücum ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Fələstin əl-Yəvm" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün səhər çağı 1000 nəfər sionist qəsəbə sakini İsrail rejiminin təhlükəsizlik qüvvələrinin silahlı və zirehli himayəsi ilə Fələstinin Qərb Sahillərinində yerləşən və yəhudilərin işğalında olan Nablos şəhərində Həzrət Yusif peyğəmbərin (ə) məqbərəsinə hücum ediblər.

Silah və zirehli texnikadan istifadə edən sionistlərin fələstinlilərin bu hücuma etdikləri etirazı zorla yatırdıblar.

Daşınmaq üçün ondan çox avtobusdan istifadə edən sionistlər silahlı əsgərlərin himayəsi altında Yusif peyğəmbərin (ə) məqbərəsinə girərək orada "Təlmud" yəhudi ayinini icra ediblər.

Şahidlərin verdikləri xəbərə görə, Həzrət Yusif peyğəmbərin (s) məqbərəsinə zorla soxulan sionist qəsəbə sakinləri, israil əsgələri və fələstinli cavanlar arasında insident baş verib. Fələstinlilər bütün küçə və xiyabanlardan Həzrət Yusifin (ə) məqbərəsinə axışmışdılar. Sionist silahlıları ilə baş verən qarşıdurmada etirazçılardan yaralananlar olub və xəstəxanaya çatdırılıblar.

Eyni zamanda israil əsgərləri fələstinlilərin evlərinə hücum edib və iki fələstinli qadını həbs ediblər. Bu iki qadın bundan öncə müqavimətçi olduqları üçün evlərindən sürgün edilmişdilər və evlərinə qayıtmaq hüquqları onların əlindən alınmışdı.

http://iqna.ir/fa/news/3486514


captcha