İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, təkfirçi, vəhabi və terrorist Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi işğalçı koalisiyanın hərbi hava qüvvələrinin dünən, həftənin ikinci günü, 12 Mart 2019-cu il, Yəmənin Həccə əyalətinə etdikləri hücum nəticəsində onlarla insan şəhid olub və yaralanıb.
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Humanitar İşlər Koordinatoru Lizzie Grande Tibbi Qaynaqlara istinadən deyib: Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi işğalçı koalisiyanın hərbi hava qüvvələrinin Yəmənin Həccə əyalətinin Kəşər şəhərinə hücumu nəticəsində 12 azyaşlı uşaq və 10 qadın öldürülüb.
O deyib: Bu hücumlarda 30 nəfər də yaralanıb. Onların arasında 14 nəfər yaşı 18-dən aşağı olanlar var.
Humanitar İşlər Koordinatoru əlavə edib: Yaralı uşaqların çoxu Səna və Əbəs şəhərlərindəki xəstəxanalara daşınıblar.