IQNA

Kərbəlanın ruhani şiəsinə sui-qəsd edildi

14:57 - October 13, 2011
Xəbər sayı: 2204227
Beynəlxalq şöbə: Müqəddəs Kərbəla şəhərinin məşhur ruhani şiə alimi Mohned Memar (Əbu Zeynəb) mehr ayının 19-u axşam vaxtı Kərbəlanın şərqində Seyfol-Səəd şəhidləri məntəqəsində silahlı qüvvələr tərəfindən şəhid edildi.
İran Quran Xəbər Agentliyi (İQNA): “Nun” xəbər bürosunun məlumatına görə, Müqəddəs Kərbəla şəhərinin məşhur ruhanisinə axşam saatlarında naməlum şəxslər tərəfindən sui-qəsd edildi.
Bu şiə ruhanisi ötən gecə şam və işa namazlarından sonra öz sürücüsü ilə məsciddən evinə tərəf gedərkən digər bir maşında olan silahlı şəxslər tərəfindən güllələndi.
Şeyx Mohned Memar qətlə yetirildikdən sonra təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəldilər və araşdırmalar aparmağa başladılar.
Qeyd olunmalıdır ki, müqəddəs Kərbəla şəhərində keçən ay ərzində bir neçə terror əməliyyatları aparılıb. 878409
captcha