İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə bu kitabda İslam hökumətinin başqa dövlətlərlə əlaqələrinin ən mühüm üsul və qaydalarına və sülh və müharibə, hökumət və onun strukturları, beynəlxalq əlaqə İslamda, cihad və hökmləri, müharibənin sona vermək qaydası və onun təsirləri, İslami ölkələrin daxili əlaqələri və başqa məsələlər bəhs olunmuşdur.
Yazıçı kitab, sünnət və xüləfanın rəftarından istifadə etmiş və dəlillər əsasında beynəlxalq əlaqələri İslami ölçülərdə bəyan etmək istəmişdir. Səy etmişdir problemlərin həllində gözəl İslami əsasları müztəzəf təbəqəyə çatdırsın və onların və beynəlxalq ictimaiyyətin müstəkbirlər tərəfindən heyvani istəklərə və şəxsiyyətsizliyə sarı yuvarlandıqlarını aşkar etsin.
Bu kitab beş hissədən və 26 fəsldən və 384 səhifədən ibarətdir:
1 – Külliyyat (7 fəsl: Beynəlxalq hüquq müsəlman fəqihlər baxımından: dövlət, hakimiyyət, vilayət və hökumət... millət, İslam dövlətində müsəlmanlar və qeyri müsəlmanlar... İslam əraziləri... beynəlxalq əlaqələrin tarixi dəyişikliyi... İran, Rum, Ərəbistan, Orta əsirlər, Asiya, Afriqa, Yunan...).
2- Müharibə zamanı İslami xarici əlaqələr (cihad, qadın və cihad...).
3- Müharibə və onun qanunları
4- Müharibənin sonu və onun əşxas və əmval üzərində təsirləri
5 – İslamda sülh (sülh, müharibə, əlaqələr, İslami öhdəliklər, Siyasi nümayəndəlik).
1090378