Tehran, 06.03.2016 – Amerika məktəbləri müsəlman tələbələrin təcavüzə məruz qalması xəbərlərinin çoxalması ardınca çalışır ki, irqi və dini azlıqları himayə etmək üçün səylərini çoxaldır.

İQNA-nın
(Beynəxalq Quran Xəbər Agentliyi) "the star" xəbər və informasiya
portalına istinadla verdiyi xəbərə görə, Amerikanın elm ocaqları, təhsil
mərkəzləri və məktəblərində müsəlman tələbələrin təcavüzə məruz qalması
xəbərlərinin çoxalması ardınca bu elm
ocaqlarının məsulları, irqi və dini azlıqları himayə etmək üçün səylərini
çoxaltmağa çalışır.
Kaliforniya
və Parisdə İŞİD terrorist qruplaşmasına nisbət verilən məlum terror
hadisələrindən sonra Avropa və Amerikada müsəlmanlar əleyhinə yeni mənfi dalğalara
yaranmağa başladı. Bundan nigaran olan vətəndaşların hüquqlarını qoruyan
beynəlxalq təşkilatlar və digər qrumlar elm ocaqları ilə bu islamofob dalğaya
qarşı mübarizə etmək üçün həmkarlıq edəcəklərini bildiriblər.
Amerikanın
Ədliyyə nazirliyi və Təhsil nazirliyi birlikdə bəyanat verərək müsəlman
tələbələrin öncəkindən daha da çox qorunmalarını və təhlükəsizliklərinin təmin
olunmasını istədilər.
Bil
Ho - Multicultural Təhsil Mütəxəssisi, Meriden şəhərinin
"Beytul-Aman" məscidində "müsəlman tələbələrin fiziki və prisixi
baxımdan incidilməsi, təcavüz və təzyiqə məruz qalması ilə mübarizə"
devizi ilə keçirilən bir toplantıda dedi: Müsəlman uşaqlar basqı altındadırlar,
çünki digər uşaqlar onlarla rahat davranmır. Bu məsələ müsəlman uşaqları
inzivaya sürükləyir. Buna görə də onlar üçün məktəblərdə şərait yaradılmalıdır
ki, onlarda öz ictimai məharətlərini inkişaf elətdirə bilsinlər.
http://iqna.ir/fa/news/3480985