IQNA

Nyu-York taymz:

Ali-Səud terrorizm alovunu şölələndirir

10:07 - August 30, 2016
Xəbər sayı: 3480748
Tehran, 30.08.2016 – ABŞ qəzeti Ərəbistanda tarixi dəyişikliklər və vəhabiliyin yaranmasını araşdıran bir yazıda yazır: Ali-Səud rejimi radikalizm və terrorizmin dünyada yayılmasının əsas məsuludur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın "Nyu-York Taymz" qəzeti Ərəbistanda tarixi dəyişikliklər və vəhabiliyin bu ölkədə yaranmasını və həmçinin bu dövlətin hegomonlarla birləşməsini araşdıran bir yazıda yazır: Ali-Səud rejimi "vəhabizm" adlı fanatik, təəssübkeş və fundamentalist bir təriqətin yaradıcısıdır. Ərəbistan rejimi bu cərəyanı yaradaraq beynəlxalq radikalizmi qidalandırdı və buna görə də radikalizm və terrorizm alovunun şölələnməsinin və dünyada yayılmasının əsas məsuludur.

Bu qəzet "Səudilər və radikalizm... alovu şölələndirənlər" adlı tədqiqi yazısında yazır: İŞİD terrorçu qruplaşması Vəhabiliyin Qərbdəki zorakılığa dəvət və təbliğlərinin davamıdır və radikalizm düynasının oda püskürənləri, alov şölələndirənləri səudiyyəlilərdirlər və səudiyyəlilərin yaydığı radikalizm zorakılığa dəvətin çox zəhərli növündəndir.

Nyu-York Taymz əlavə edir: Ərəbistanın bu mənfur ideologiyadan canını qurtarması çox çətindir. Çünki bu problemin açarı 1744-cü ilə qayıdır ki, Məhəmməd ibn Əbdül-Vəhhab (vəhabiliyin banisi) o zaman öz hiylələrini həyata keçirmək üçün Məhəmməd ibn Səudu (səudi sülaləsinin babası) himayə etməyə başladı və onlar müştərək maraqlar üzərində birləşdilər. Belə ki, Vəhabi ideologiyası Ali –Səud ailəsini ideoloji və dini baxımdan və Ali-Səud ailəsi də vəhabiliyi maddi təminat və hərbi müdafiə baxımından himayə etməyə başladı. Beləliklə də Ərəbistanın böyük neft xəzinələri vəhabi ideologiyasının yayılması üçün xərclənməyə başladı. Vəhabilər dünyanın hər yerində dəvətə başlayaraq, kitab çapı, universitet, məscid və mədrəsə tikintisi və kasıblara kömək kimi vasitələrlər öz mənfur və iyrənc əqidələrini yaymağa başladılar. Bu işin problemsiz irəli getməsi üçün isə Ərəbistan ABŞ və Qərb ölkələrində dövlət rəsmilərindən tutmuş universitetlərə qədər bütün yerlərə "maddi yardım" adı ilə görünməz səxavət göstərirdi ki, vəhabilərin təbliğatının qarşısı alınmasın.

Qəzet yazır: Ərəbistan pulu ilə yayılan ideologiya bütün dünyada dində böyük yara açdı. Elə İŞİD-in özü Ərəbistanın maddi təminatı ilə yayımış kitabları oxuyanlardan yaranıb.

Qeyd edək ki, Vəhabiliyin yayılmasında ABŞ-da Ərəbistan ilə şərikdir. Beləki 1980-cı illərdə ABŞ həmin vəhabilərdən istifadə edərək Əfqanıstanda SSR qoşunları əleyhinə "xalq mücahidləri" terrorist qruplaşmasını yaratdı. Bundan əlavə ABŞ 1986-1992-ci illərdə guya Əfqanıstanda savadsızlığı məhv etmək üçün "uşaqları rus kafirləri əleyhinə həvəsləndirən maarifləndirici kitablar" layihəsinə də 50 milyon dollar xərclədi. Bu xərclərə 2001-ci ilin 11 sentyabr hadisəsini də əlavə etsək, ABŞ və Ərəbistanın vəhabiliyin və terrorizmin yayılmasında və Ərəbistanın xilaskar və islahatçı kimi göstərilməsində tam həmkarlıq etdiklərinə heç şübhə qalmır.

http://iqna.ir/fa/news/3526023


Teqlər: iqna ، abş ، ərəbistan ، terrorizm ، radikalizm
captcha