IQNA

Şimali Amerika müsəlmanları "Ditroit"də toplandılar + Foto

10:07 - November 27, 2016
Xəbər sayı: 3481057
Şimali Amerikanın İslam Təşkilatı Cümə günündən başlayaraq müsəlmanların illik toplantısına Mişiqan əyalətinin "Ditroit" şəhərində start verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "michigan radio" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Şimali Amerikanın İslam Təşkilatı Cümə günündən başlayaraq müsəlmanların illik toplantısına Mişiqan əyalətinin "Ditroit" şəhərində start verib.

Bu toplantıda Amerika müsəlman cəmiyyətinin üzləşdiyi və qarşıda olan ciddi problemləri, o cümlədən "islamofobiya"nın çoxalması və cəmiyyətdə yaranmış psixi sağlamlıq problemləri müzakirə ediləcəkdir.

Həmçinin toplantıda son prezident seçkilərinin siyasi nəticələri və Amerika müsəlman cəmiyyətinin bu məsələyə qarşı reaksiyası və vəzifəsi müzakirə mövzusu olacaqdır.

Şimali Amerikanın İslami Təşkilatının (İONA) əlaqələrin genişləndirilməsi şöbəsi müdirinin müavini Vilyam Anton dedi: Amerikada yaşayan müsəlmanların əksəriyyəti Amerika vətəndaşlarıdırlar. Buna görə də cəmiyyətin müsəlmanlar haqqında onların özgə olması barədə yanlış təsəvvürlərin dəyişdirilməsi və həmçinin müsəlmanların mədəni və siyasi fəaliyyətlərinin digərləri ilə qarışdırılması və iziolasiya olunması bu toplantıda müzakirə ediləcəkdir.

Bu toplantıda müxtəlif sahələrdə mütəxəssis olan qonaqlar çıxış edəcəklər və dinlər arası dialoqların genişləndirilməsi və bunun üçün çıxış yollarının tapılması məqsədi ilə qısamüddətli təlim kursları da keçiriləcəkdir.

Vilyam Anton bu toplanıtda da keçən illərdəki kimi 2 mindən çox insanın iştirak edəcəyi barədə ümidvar olduğunu bildirdi.

Şimali Amerika müsəlmanlarının illik toplantısı həftənin Cümə günü başlamışdır və bu gün də davam edəcəkdir.

http://iqna.ir/fa/news/3548840

















Teqlər: iqna ، abş ، amerika ، İona ، islamofobiya ، şamli amerika
captcha