İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın informasiya nazirliyi bu ilin Həcc mərasimini işıqlandırmaq üçün 800 nəfər xarici jurnalistin bu ölkəyə gəldiyini bildirib.
Səudiyyə Ərəbistanın informasiya naziri Əvad ibn Saleh Əvad bu barədə dedi: Bu nazirlik Həcc mərasiminin peyk tv kanalları, xəbər agentlikləri və digər media qrumları tərəfindən işıqlandırılması üçün bütün lazım olan imkanları yaratmışdır.
O əlavə etdi: Bu il Səudiyyə Ərəbistanın informasiya nazirliyi 800 xarici jurnalistə evsahibliyi edəcəkdir. Bundan əlavə Həcc mərasimi barədə xəbərləri çatdırmaq üçün əsas qaynaq olan yeni sayt da yaradılmışdır. Həmçinin Məkkə və Mədinədə jurnalistlərə və media nümayəndələrə xidmət göstərmək üçün mərkəzlər açılmışdır.