İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Şənbə günü, Tunisdə Qurani-Kərimin hifzi, təfsiri və təcvidi ixtisasları üzrə 17-ci beynəlxalq "Tunis Quran Mükafatı Yarışları" başlayıb.
Qurani-Kərimin hifzi, təfsiri və təcvidi ixtisasları üzrə 17-ci beynəlxalq İmam Həsən ibn Xələf ibn Büleymə Qeyrəvani adına təşkil edilən "Tunis Quran Mükafatı Yarışları"nın açılış mərasmi dünyanın 21 ölkəsindən olan yarışçıların iştirakı ilə Zeytuniyyə came məscidində keçirilib.
Açılış mərasimində Tunisin dini işlər naziri Əhməd Əzum, Tunisin müftisi Şeyx Osman Bətix, xarici səfirlər və diplomatlar, dini şəxsiyyətlər və dövlət rəsmiləri iştirak ediblər.
Tunisin Dini İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilən bu yarışlar Dekabr ayının 14-dək davam edəcək.
İran İslam Respublikasını bu yarışlarda Hüseyn Purkəvir təmsil edir.
Qeyd edək ki, İmam Əbu Əli əl-Həsən ibn Xələf ibn Abdullah ibn Büleymə Hərazi Qeyrəvani Tunisin məşhur qarilərindəndir. O, hicri-qəməri tarixi ilə 427-ci ildə anadan olub. Müxtəlif növ qiraətlərdə ustad olub. Onun "təlxisul-ibarat bilətifil-işarat" adlı kitabı mövcuddur. O, 514-cü ildə Misrin İskəndəriyyə şəhərində vəfat edib.