IQNA

Həzrət İsa Məsihin (ə) miladı barədə üç rəvayət

23:58 - December 26, 2019
Xəbər sayı: 3486371
İsa Məsihin (ə) doğum günü barədə xristianlar arasında üç müxtəlif rəvayət var. Bu barədə Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzi milad bayramı münasibəti ilə yaydığı təbrik mesajında açıqlama verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İsa Məsihin (ə) doğum və mövlud günü barədə xristianlar arasında üç müxtəlif rəvayət var.

Bu barədə Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzi milad bayramı münasibəti ilə yaydığı təbrik mesajında açıqlama verib.

Dünyanın bütün müvəhhidlərinə Həzrət Məsihin (ə) mövludu münasibəti ilə təbrik mesajı ilə başlayan bəyaniyyədə deyilir: Bir çox xristianların etiqadına görə Həzrət İsa Məsih Dekabr ayının 25-də anadan olub. Amma bu tarix barədə fərqli fikir irəli sürənlər də az deyil.

Katolik, Protestant və bəzi Ortodoks xristianlar Həzrət İsa Məsihin (ə) Dekabr ayının 25-də anadan olmasına inanırlar.

Ortodoks məsihilərinin çoxu isə Həzrət İsa Məsihin (ə) Yanvar ayının 7-də anadan olduğunu deyirlər.

Erməni xristianlar isə Həzrət İsa Məsihin (ə) Yanvar ayının 6-dan anadan olduğunu deyirlər.  

https://iqna.ir/fa/news/3866692

captcha