IQNA

FOTO | Atanın mövludu qızının müqəddəs ziyarətgahında keçirildi

12:39 - August 01, 2021
Xəbər sayı: 3490414
İmam Kazimin (ə) mövludu qızı Həzrət Fatiməyi-Məsumənin müqəddəs hərəmində qeyd olunub. Mərasim cari həftənin Cümə günü Məğrib və İşa namazlarından sonra keçirilib.

Şiələrin yeddinci məsum rəhbəri Həzrət İmam Musa Kazimin (ə) mübarək mövludu qızı Həzrət Fatiməyi-Məsumənin (s) müqəddəs hərəmində qeyd olunub.

Mövlud mərasimi cari həftənin Cümə günü, 30 İyul 2021-ci il, Məğrib və İşa namazlarından sonra keçirilib.

Mərasimdə höccətül-islam vəl-müslimin Mirbaqirinin çıxışı, Seyyid Həmid Rza Borqeyinin şeir ifaları və Abbas Heydərzadənin mədhiyyəsi ilə ziyarətçilər böyük feyz alıblar.

Müqəddəs Qum hərəmində mövlud mərasimləri şənbə günü də davam edib. Həmin gün günorta namazından əvvəl Heydərzadənin mədhiyyəsi və Höccətül-islam vəl-müslimin Həmədani Rəzəvinin çıxışı ilə də bir mövlud mərasimi keçirilib. /iqna

Fotoları endir

 

captcha