IQNA

Şotlandiyanın müsəlman baş naziri Qəzzaya yardımı dəstəklədiyinə görə tənqid edilib

3:26 - March 13, 2024
Xəbər sayı: 3495620
İQNA – Şotlandiyanın baş naziri Həmzə Yusif Şotlandiya hökumətinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə yardımı etdiyinə görə çox tənqid edilib.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, Şotlandiyanın baş naziri Həmzə Yusif həyat yoldaşının Qəzzada olan ailəsinin qida və içməli suyun tükənmək üzrə olduğunu və tezliklə ərazini tərk edə bilmədikləri təqdirdə həyatlarını itirə biləcəklərini bildirib.

O, sosial şəbəkədəki şəxsi səhifəsində Şotlandiyanın baş nazirinə müraciət edib

Bu məsələ ilə bağlı “Teleqraf” qəzeti Yusifin müşavirlərinin UNİCEF-ə 100 ilə 200 min lirə arasında ianə vermək təklifini pozduğunu və əvəzində UNRWA-ya 250 min funt sterlinq yardım etmək qərarına gəldiyini bildirib. UNRWA HƏMAS hərəkatı ilə əlaqələrinə görə tənqidlərlə üzləşib.

Həmzə Yusifə qarşı tənqidlər Londonda terrorla mübarizə polisinə hesabat təqdim etmək həddinə çatıb. Şotlandiyada ictimai malların necə xərcləndiyini yoxlayan Mühasibat Bürosuna da şikayət hazırlanır.

Qəzet yazıb ki, Yusif inandırıcı izahat verə bilməsə, istintaq açıla bilər.

4204633

captcha