IQNA

Menşavinin səsini ölməz edən sirr

12:58 - June 14, 2026
Xəbər sayı: 3500540
İQNA – Hekayə 1960-cı illərdən başladı, o zaman Şeyx Məhəmməd Siddiq Menşavi Misir Quran Radiosu üçün Quranın tam tilavətini qeydə almışdı. Baxış komitəsi tilavəti təsdiq edib yüksək qiymətləndirsə də, Şeyx bəzi lentlərin onun standartlarına cavab vermədiyini hiss etdi.

“İQNA”-nın "Əl-Cəzirə"yə istinadən verdiyi xəbərə görə, Misir Quran Radiosunun bu yaxınlarda ustad Menşavinin səsindən yayımladığı şey sadəcə arxivdən çıxarılmış köhnə yazılar deyildi; bu, sahibi onilliklər əvvəl vəfat etməsinə baxmayaraq, milyonların qəlbində yaşayan bir səsin yeni kəşfi idi.

Mərhum misirli qari Məhəmməd Siddiq Menşavinin nadir Quran tilavətlərinin radioda yayımlanması ilə bu ölkənin sosial şəbəkələrində yeni tilavətlər ən çox müzakirə olunan mövzular siyahısına başçılıq etdi. Menşavinin adı bir neçə gün ardıcıl olaraq, idman və siyasi hadisələri geridə qoyaraq gündəmdə qaldı. Bu hadisə köhnə bir sualı yenidən canlandırdı: Yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, bu səsi canlı saxlayan sirr nədir?

Hekayə 1960-cı illərdə başlayır. Ustad Menşavi Quran Radiosu üçün Quranın tam tilavətini qeydə alır. Komitə tilavəti təsdiq etsə də, ustad razı qalmır. Yazıları dinlədikdən sonra bəzi lentlərin onun yüksək standartlarına cavab vermədiyini hiss edir və onların yenidən qeydə alınması üçün rəsmi müraciət edir.

Menşavinin kamilliyə olan sarsılmaz bağlılığını və dəqiqliyini göstərən nadir bir addımla, o, 82 lentdən ibarət tam tilavətin 32 lentinin yenidən yazılma xərclərini şəxsən öz üzərinə götürür. İş başa çatdıqdan sonra komitə 1967-ci ildə yeni versiyanı rəsmi şəkildə təsdiq edir. Lakin təəccüblü şəkildə, bu versiya heç vaxt geniş ictimaiyyətə çatmadı və onilliklər boyu radio arxivində saxlanıldı.

Misir Quran Tilavəti İdarəsinin keçmiş rəisi Şeyx Əhməd İsa əl-Məsravi bildirib ki, yeni versiyanı şəxsən dinləyib və onun səsində "əvvəlki illərin yayımlarında olmayan bir lətafət və mənəviyyat" hiss edib. O, iki versiya arasındakı fərqlərin çox aydın olduğunu vurğulayaraq, yeni yazıların "parlaq səs, güclü ifa və çox yüksək səviyyədə gözəllik və mənəviyyatla" seçildiyini qeyd edib. Məsravinin fikrincə, bu fərqlər müqayisə edən hər kəs üçün aşkardır.

Məsravini ən çox təəccübləndirən isə bu lentlərin niyə bu qədər vaxt ictimaiyyətdən gizli qalması idi. O sual edirdi: Əgər Şeyx yenidən qeyd olunmasını istəyibsə, Quran Radiosu razılaşıbsa və komitə versiyanı təsdiq edibsə, bəs niyə bu yazılar altmış ilə yaxın arxivdə qalıb?

Məsraviyə görə, Menşavi sadəcə mahir bir qari və ya gözəl səs sahibi deyildi; o, ifa keyfiyyəti, dəqiqlik, ustalıq, səs gözəlliyi və dərin mənəviyyatı eyni anda özündə birləşdirirdi. O deyir: "Menşavinin tilavətində xüsusi bir 'Quran ruhu' var ki, mən bunu Misir məktəbinin digər görkəmli simaları arasında belə, heç bir başqa qarinin ifasında görmürəm."

Məsravi son illərin bu müstəsna populyarlığın azalmadığını sübut etdiyini deyərək qeyd edir: "Harasa girmək və Şeyx Menşavinin səsini eşitməmək çətindir", çünki Allah bu qariyə heç bir başqa qari ilə müqayisə oluna bilməyəcək xüsusi bir qəbul (insanların qəlbinə yol tapmaq) nəsib edib.

Misir Quran Tilavəti İdarəsinin keçmiş rəisinə "böyük misirli qarilərdən hansının səsi qəlbinizə daha yaxındır?" sualı verildikdə, o, heç düşünmədən cavab verib: "Şeyx Menşavi".

4357036

Teqlər: Menşavi ، Qura ، qari ، misir
captcha