IQNA

Mərakeşdə “Vətəndaşlıq barədə İslam təlimi” mövzusunda görüş keçirilib

16:34 - August 29, 2011
Xəbər sayı: 2178880
Beynəlxalq şöbə: “Vətəndaşlıq barədə İslam təlimi” mövzusunda görüş avqustun 27-də Mərakeşin Mudiq şəhərində keçirilib.
İqna Quran Xəbər Agentliyi (İQNA): Lematin xəbər agentliyinin verdiyi məlumata görə, görüş Mərakeş kralı 6-cı Məlik Muhəmməd, Qvineyanın Beynəlxalq Əməkdaşlıq naziri Mustafa Sanu, Küveyt İslam Elmləri universitetinin professoru Xalid Məzkur, Moskva İslami İnkişaf müəssisəsinin rəhbəri Səid Kamilov, Suriya “Əl-Fəth” universitetinin İslami düşüncə və dialoq kafedrasının rəhbəri Əbdülqadir Kətani, əlcəzairli alim Əmmar Talibi, Kenitra şəhərinin Alimlər Şurasının rəhbəri Muhsin Əqucim, həmçinin Fransa, İspaniya və Benindən gəlmiş nümayəndə heyətlərinin iştirakı ilə keçirilmişdir.
Görüşdə iştirak edənlər vətəndaş anlayışının, onun Quran ayələrində yeri barədə fikir mübadiləsi aparmış, vətəndaş hüququnun qorunmasını İslam cəmiyyətinin zəruri amillərindən hesab etmişlər.
Kenitra şəhərinin Alimlər Şurasının rəhbəri öz çıxışında demişdir: “İslam təfəkküründə insanın cəmiyyətdəki mövqeyi məsuliyyət və seçim hüququ olan bir varlıq kimi təqdim edilir. Eyni halda insanlar arasında ünsiyyətin qurulması məsələsi də İslmaiın diqqət etdiyi mövzulardandır. Belə ki, İslam nəzərində dini dəyərləri qorumaq ictimai münasibətlər olmadan mümkün deyil.”
Tədbirdə həmçinin İslam alimləri mühüm məsələlər barədə çıxış etdilər, avropalı alimlər İslamın müasir durumu barədə diskussiya apardılar, həmçinin yerli Quran müsabiqəsinin qalibləri mükafatlandırıldılar. 850917
captcha