IQNA

Tehranda İslami Əlaqələr və Mədəniyyət Təşkilatının evsahibliyi ilə "dini dialoqların doqquzuncu iclası" keçirilir. İclasda İranın dini və mədəni dialoqlar mərkəzi və beynəlxalq Kilsə şurası iştirak edir. "Müqəddəs mətnlərin təfsirinin zorakılıqdan azad bir dünya yaratmaqda təsiri" devizi ilə keçirilən bu iclasda Ayətullah Təsxiri – İran İslam İnqilabının Ali Rəhbərinin "İslam Düyası İşləri" üzrə məsləhətçisi, çıxış edib.