IQNA

Xristian piskopos və yepiskopu Qurana istinad edərək birgəyaşayışa dəvət etdi

11:39 - February 04, 2018
Xəbər sayı: 3482730
Fari Armia (Misirin xristian piskopos və yepiskopu) Qahirənin beynəlxalq kitab sərgisinin haşiyəsində keçirilən toplantıda İslamın sülh şəraitində birgəyaşayışa dəvət etdiyindən danışdı.

Xristian piskopos və yepiskopu Qurana istinad edərək birgəyaşayışa dəvət etdiİQNA- nın (Beynəlxaql Quran Xəbər Agentliyi) Misr “kiv”lərinə istinadən verdiyi xəbərə görə, Papa Fari Armia (Misirin xristian piskopos və yepiskopu) Misrin paytaxtı Qahirənin 49-cu beynəlxalq kitab sərgisinin haşiyəsində keçirilən toplantıda İslamın sülh şəraitində birgəyaşayışa dəvət etdiyindən danışdı və bu barədə çıxışında Qurani- Kərimin ayələrinə istinad etdi.

Papa Fari Armia - Misirin xristian piskopos və yepiskopu, həmçinin “Beytul- Ailə” müəssisəsinin (misirli müsəlman və məsihilərin həmkarlıq və ailə problemlərinin həlli mərkəzi) baş katibinin müavini, Misrin paytaxtı Qahirənin 49-cu beynəlxalq kitab sərgisinin haşiyəsində keçirilən seminarda çıxış edərkən dedi: Qərb və Şərqin təəssübkeşcəsinə fəaliyyətləri qarşısında bizim vəzifəmiz budur ki, yersiz təəssübkeşliyin müxtəlif çalarları ilə mübarizə üçün bir yol tapaq. Çünki bu mənfi təəssübkeşlik bais olur ki, xalqlar və dinlər arasında fitnə, müharibə, qətliam, dağıntı və məhvə sürüklənmək kimi hadisələr yaransın.

O dedi: Plüralizmin ən əhəmiyyətli əsası və prinsipləri başqalarına qarşılıqlı ehtiram, hər dinin xüsusi özəlliklərini və həmçinin mövcud ixtilafları normal qarşılamaq üzərində qurulmuşdur. Və biz dini plüralizmi qəbul etmək üçün bilməliyik ki, bütün dinlərin ən əsas insani məfhumları doltluq və sevgi daşıyıcılarıdır.

Misirin xristian piskopos və yepiskopu, həmçinin “Beytul- Ailə” müəssisəsinin (misirli müsəlman və məsihilərin həmkarlıq və ailə problemlərinin həlli mərkəzi) baş katibinin müavini vurğuladı: Düşmənçilik və nifrətin əsas çərçeməsi digərlərini və düşmən bildiklərimizi yaxından və kifayət qədər tanımamağımızdır. Və dinlər arasındakı müştərək dəyər meyarları insanlara bir – birinə yaxınlaşmaq və əlaqə yaratmaq imkanı verir.

Papa Fari Armia sonda bu barədə Quran ayəsinə işarə edərək dedi: İslam dini digər dinlərlə sülh şəraitində bigrəyaşayışın tərəfdarıdır. Necə ki, Hud surəsinin118-ci ayəsində buyurur:     

وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ

“Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər”.

Və həmçinin Yunis surəsinin 99-cu ayəsində buyurur:

وَلَوْ شَاءَ رَبُّكَ لَآمَنَ مَنْ فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا أَفَأَنْتَ تُكْرِهُ النَّاسَ حَتَّى يَكُونُوا مُؤْمِنِينَ

“Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur.) Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?!”

Qeyd edək ki, Qahirənin 49-cu beynəlxalq kitab sərgisi keçən həftənin şənbə günü (25 Yanvar 2018-ci  il) başlayıb və cari ayın 10-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3688159  

 

 

 

Teqlər: iqna ، papa ، keşiş ، piskopos ، yepiskop ، misr ، qahirə
captcha