IQNA

İngiltərənin Kembric şəhərində Avropanın ilk ekoloji əsaslı məscidinin açılışı olub

Londonun 80 km-liyində yerləşən 1300 nəfərlik məscidin açılışında siyasi və dini şəxsiyyətlər iştirak ediblər. Məsciddə günəş batareyası panelləri, axıntı sularının təkrar təmizlənməsi, təbii isitmə və soyutma sistemləri quraşdırılıb. Məscidin tikintisində və quraşdırılmasında maksimum ekoloji təmiz materiallardan istifadə olunduğu bildirilir. Məscid tikintisi ümumilikdə 23 milyon funt sterlinqə (30 milyon dollar) başa gəlib.