IQNA

Mövlana türbəsi; İslami memarlıq, ədəbiyyat, incəsənət və mədəniyyət qovşağı

Qədim İranın şöhrətli irfani şer şairi Mövlana Cəlaluddin Rumi Bəlxi hicri-qəməri tarixi ilə 7-ci əsrdə Əfqanıstanın Bəlx vilayətində anadan oldu. Uşaqlıq çağında Özbəkistanın Səmərqənd və oradan da Türkiyənin Quniyə (Konya) şəhərinə köç etdi.

Mövlananın (Mövləvi) şerlərində Allaha sitayiş və mədh, Qurani-Kərimdən gözəl məsəllər xüsusi yer tutur. Onun “Məsnəvi” kitabı bu cəhətdən ömrünün ən faydalı, dolğun mənaslı və səmərəli kitabı hesab edilir.

Mövlana milad tarixi ilə 1273-cü ildə, 59 yaşında ikən qızdırmadan vəfat etdi və Quniyədə dəfn olundu. Onun məqbərə və türbəsi Səlcuq əmiri Süleyman Pərvanənin həyat yoldaşının və Mövləvinin oğlunun maddi dəstəyi ilə Təbrizli Bədrüddün Memar tərəfindən tikildi. Türbənin xortumaoxşar qülləsi və binası yaşıl və firuzə rəngli kaşilərlə örtülüb. Qədimdən “yaşıl günbəz” adı ilə məşhur olan bu türbənin günbəzinin divarlarına mavi rəngli daşlarla “bismillah” və “ayətəl-kürsü” yazılıb. Günbəzin qülləsində qızılı rəngli ay və ulduz var.