IQNA

Fələstin və İordaniyada "əsrin müqaviləsi" layihəsinin əleyhinə geniş miqyaslı etiraz yürüşləri davam edir.

Artıq dörd ardıcıl həftədir ki, İordaniya, Fələstin və dünyanın müxtəlif yerlərində sionist rejiminin Amerikanın dəstəyi sayəsində həyata keçirmək istədiyi bu layihənin əleyhinə etiraz aksiyaları keçirilir.
Ötən həftənin Cümə günü də (21 Fevral 2020) Fələstin və İordaniyada müsəlmanlar Amerika səfirliyinin qarşısına toplaşaraq Donald Trampın mənfur layihəsinə qarşı etiraz ediblər.