IQNA

Koronaviruslu günlərdə Fələstinli uşaqlara mədəni hədiyyə paketləri verildi

Dünyanın bəzi regionlarında ev karantini qanunları tətbiq edildiyi günlərdə Fələstinli uşaqlara mədəni hədiyyə paketləri verilib.

Bu təşəbbüsü Qəzza kitabxanalarının üzvü olan cavanlar həyata keçirib. Onlar Qəzzanın cənubunda yerləşən "Deyrul-Bələh" düşərgəsində yaşayan Fələstinli uşaqlara dastan kitabə və yazı ləvazimatı hədiyyə ediblər ki, boş vaxtlarını əyləncəli keçirsinlər.