IQNA

Ramazan ayının gəlişi ilə Fələstinlilər fənər alırlar. Onlar fənərləri yandıraraq Ramazanın gəlişini bayram edirlər. Bu onlar arasında nəsildən nəsilə ötürlümüş bir ənənədir.

Fənər yandırmaq adəti Fələstinin bütün şəhərlərində, o cümlədən paytaxt Qüdsdə keçirilir. Yandırılan fənərlər müxtəlif rəng və ölçülərdə olur və Quran ayələri ilə bəzədilir.