IQNA

Bu gün səhər (25 May 2020) Həzrət İmam Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəmi yenidən zəvvarların üzünə açılıb. Bu müqəddəs hərəm koronavirus pandemiyasının yayılmasının qarşısını almaq hədəfi ilə 70 gün öncə bağlanmışdı. Müqəddəs hərəmin bu gün açılacağı münasibəti ilə ötən gecə (24 May 2020) İmam Rzanın (ə) hərəmində şükran mərasimi keçirilib.