IQNA

Türkiyədə koronavirusun yayılması sürətinin azalmasının ardınca ötən gün, cari həftənin Cümə günü (29 May 2020) müsəlmanlar Cümə namazını qılıblar.

Türkiyə müsəlmanları pandemiyanın qarşısını almaq üçün tətbiq edilmiş məhdudiyyətlərə görə Cümə namazının uzun müddət tətil edilməsinin ardınca ötən gün fiziki fasilə və digər sanitariya qaydalarına riayət edərək Cümə namazını məscidlər, küçələr, geniş meydanlar və idman zallarında təşkil ediblər.