IQNA

İİR-nın 37. Beynəlxalq Quran Yarışlarının sonuncu gecəsinin proqramı

Tehran (IQNA) -  Ötən gecə (9 mart 2021) İran İslam Respublikasının 37-ci beynəlxalq Qurani-Kərim yarışlarında Quranın peşəkar qiraəti üzrə axırıncı yeddi nəfərlik qrup yarışıb.

İİR-nın 37. Beynəlxalq Quran Yarışlarının sonuncu gecəsinin proqramıÖtən gecə (9 mart 2021) İran İslam Respublikasının 37-ci beynəlxalq Qurani-Kərim yarışlarında Quranın peşəkar qiraəti üzrə axırıncı qrup yarışıb.

Yarışlar yerli vaxtla axşam saat 19:00-dan başlayıb və 22:00-dək davam edib.

Ötən gecə yarışların dördüncü və sonuncu gecəsi idi. Hakimlər heyəti bütün kateqoriyalar üzrə nəticləri elan ediblər və yekun mərasimi keçirilib.

Sonuncu gecə yarışlar İranın beynəlxalq dərəcəli qarisi Həmidrza Əhəmid Vəfanın tilavəti ilə başlayıb. Daha sonra final mərhələsinə vəsiqə qazanmış yeddi yarış iştirakçılarının tilavətləri dinlənilib.

Hakimlər heyəti əvvəlcədən elan edilmiş növbəyə əsasən yarış iştirakçılarının qiraətlərini aşağıdakı ardıcıllıqlar dinləyiblər:

kod

Əhməd Safi Əbu Ömər - Suriya

kod

Hüseyn Əli Hüseyn - İraq

kod

Həmidrza Müqəddəsi - İran

kod
Əbdürrəhman Fərəc - Misr

kod

Əbdülmənnan Əhməd Fövzi - İndoneziya
kod

Kəbir Qələndərzadə - Əfqanıstan

kod

Məhəmməd Əli Qasim - Livan

Yarış iştirakçıların tilavətləri bitdikdən sonra beynəlxalq dərəcələi iranlı qari Qasim Rəzii yarışların yekun tilavətini icra edib.

Mərasimin davamında "Məhəmməd Rəsulullah (s)" dini nəğmələr qrupu sürud icra ediblər.

Qeyd edək ki, İranın 37-ci beynəlxalq Quran yarışları keçən həftənin Şənbə günü (6 mart 2020) öz işinə başlayıb, bu gün isə son iştirakçılar Quranın peşəkar qiraəti üzrə rəqabət aparıblar. Yarışların qaliblərinin müküfatlandırılması mərasimi sabah (10 Mart 2020) keçiriləcək.     

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) hazırda İran İslam Respublikasında davam edən 37. Beynəlxalq Qurani-Kərim Yarışları çərçivəsində iki yaş kateqoriyasında  (16 yaşdan aşağı və 16 yaşdan aşağılar arasında) beynəlxal kampaniya təşkil edib.

"Beynəlxaıq Quran hadisəsi ilə birgə" devizi ilə keçirilən kampaniyada iştirak etmək istəyən quransevərlərin nəzərinə:

"Qurani-Kərimin peşəkar qiraəti üzrə yarışları izləyən oğlan uşaqları yarış iştirakçıları arasında sevdikləri iştirakçının tilavətini təqlid ilə oxuyub videosunu IQNA-nın telegram və instagram sosial şəbəkələrindəki ünvanına (@iqnanewsadmin) göndərsinlər.

Kampaniyaya qoşulmaq istəyənlər öz tilavətlərinin videosunu Mart ayının 18-dək  IQNA-nın telegram və instagram sosial şəbəkələrindəki ünvanına göndərə bilərlər.

İştirakçıların videoyazıları hakimlər heyəti tərəfindən qiymətləndiriləcək. Nəticələr 2021-ci ilin Aprel ayının 17-də elan ediləcək.

Kampaniyaya qoşulan və ilk üç yeri əldə edən qaliblərə mükafat veriləcək.  

İİR-nın 37. Beynəlxalq Quran Yarışlarının sonuncu gecəsinin proqramı