IQNA

Aşura və bizim bu günümüz - 5

"Təbaki"nin mənası nədir?

"Təbaki" termini bəzən səhv anlaşılıb və bu səhv təsəvvür bais olub ki, bu sözdən sui-istifadə edilsin. Belə ki, bu sözü bəzən "özünü ağlamağa vurmaq" və "özünü ağlayan göstərmək" kimi tərcümə ediblər.

Ali Məqamlı Rəhbərin Seçilməsi Məclisinin (Xübrəqan) üzvü və Tehran universitetinin ustadı Məhəmməd Möhsin İsmayili "İran Universitetlərinin Qura Təşkilatı"nın "Mübin" studiyasında "Aşura və bizim bu günümüz" adlı silsilə videodərslərdə Aşuranın tarixini təhlil edib, Aşuranın qiyamının kökləri, səbəb və amilləri, fəlsəfəsi, nəticə və ibrətlərindən danışıb.

Həmin videodərslərin beşinci hissəsini təqdim edirik:

"Büka", yəni ağlamaq və göz yaşı tökmək əzadarlığın əsas ünsürlərindən biridir.

Əgər bu göz yaşları müqəddəs bir iş üçün tökülürsə, insan Allaha tərəf seyr-süluk yolunu daha tez və sürətli qət edir.

Şübhəsiz ki, Şəhidlər Ağası Həzrət İmam Hüseynə (ə) əza saxalamaqdan daha əhəmiyyətli və müqəddəs bir iş yoxdur.

İmam Hüseynin (ə) əzadarlıq məclislərində iştirak edənlər üçün bizim hədislərimizdə üç ayrı termindən istifdə edilib: "Büka" (ağlamaq və göz yaşı tökmək); "İbka" (digərlərini zikr müsibət ilə ağlatmaq və növhə deyərək onların göz yaşlarının axmasına səbəb olmaq); "Təbaki".

Bəs "təbaki" nədir? Çünki rəvayətlərdə "büka" və "ibka" üçün zikr edilmiş savab və mükafatlar "təbaki" üçün də deyilmişdir. Necə ki, İmam Sadiq (ə) bir hədisdə buyurur: "Hər kəs İmam Hüseyn (ə) üçün şeir deyə və təbaki edərsə, cənnət ona vacib olar".

"Təbaki" termini bəzən səhv anlaşılıb və bu səhv təsəvvür bais olub ki, bu sözdən sui-istifadə edilsin. Belə ki, bu sözü bəzən "özünü ağlamağa vurmaq" və "özünü ağlayan göstərmək" kimi tərcümə ediblər. Halbuki bu sözün əsl mənası budur ki, siz öz ağlamağınız və ya zikri-müsibətiniz ilə digərini ağladın və o da öz zikri-müsibəti və ağlamağı ilə sizin ağlamağınıza səbəb olsun.

"Təbaki" sözünün digər mənası isə budur ki, biz daha çox əxlaqi fəzilətər qazanmaq üçün çalışmalıyıq.

Məsələn, bizim hamımızda "helm" (yumuşaqlıq) sifəti yoxdur, bunun üçün gərək biz bir-birimizlə "təhəlum" edək, yəni birimiz digərimizə yumuşaq və mehriban olmaqla, digərini də bu işə vadar edək.

Bizim hamımız səxavətli deyilik, bunun üçün gərək məşq edək və bir-birimizi səxavətli olmaq məqamında qərar verək.

"Təbaki"nin də mənası göz yaşı və ağlamaq məşqidir. Yəni ürəyimizi məzlumlara yanmağa və gözlərimizi zülmə məruz qalmışlara ağlamağa öyrədək.

Bəzən insanın mərifəti var, amma ağlaya bilmir və gözlərindən yaş gəlmir. Bu ağlmaq istəyi halı da insanda mərifət yaranmasına və mükafat qazanmağına səbəb olur. /  iqna

kod
Teqlər: əzadarlıq ، ağlamaq ، təbaki ، büka