IQNA

Ayətullah Seyyid Məhəmməd Baqir Sədr; Vəhdətçi dahi

Ayətullah Şəhid Seyyid Məhəmməd Baqir Sədr, hicri-qəməri təqvimi ilə 1353-cw (hicri-şəmsi 1313) ildə Zilqədə ayının 25-də Kazimeyn şəhərində anadan olmuşdur. Onun atası Seyid İsmayıl Sədrin oğlu Seyid Heydər Sədr, öz dövrünün Mərcə-təqlidlərindən idi.

İQNA, xəbər verir ki, Həzrət Peyğəmbərin (s) mövludunun mübarək günləri və Vəhdət həftəsi ilə eyni vaxtda dinlər və məzhəblər arasında vəhdət sahəsində mühüm rol oynamış böyük şəxsiyyətlərin həyatlarına, yaradıcılığına və düşüncələrinə nəzər salırıq.

Bu reportaj, “Vəhdət meydanında öncüllər” adlı videoseriya şəklində tamaşaçılara təqdim olunur.

Ayətullah Şəhid Seyyid Məhəmməd Baqir Sədr, hicri-qəməri təqvimi ilə 1353-cw (hicri-şəmsi 1313) ildə Zilqədə ayının 25-də Kazimeyn şəhərində anadan olmuşdur. Onun atası Seyid İsmayıl Sədrin oğlu Seyid Heydər Sədr, öz dövrünün Mərcə-təqlidlərindən idi.

Onun beynəlxalq mütəfəkkirlər və qurumlarla əlaqələri var idi. Vəhdətin əldə oluna biləcəyini düşündüyü heç bir yoldan əl çəkmirdi. Ərəb qəzetlərində çoxlu vəhdətlə bağlı məqalələr yazıb. O, əsərlərində vəhdətin faydalarını və ixtilafın zərərlərini açıqlamışdır. Sünnilərə və onların böyüklərinə hörmət edirdi. Yazılarında onlardan yaxşılıqla yad edirdi.

Onun hətta hakim sistem qeyri-şiə olsa belə, islam ölkələrinin qurumları ilə də əlaqələri var idi. Şəhid Sədr, Küveytin maliyyə mərkəzinə (Küveyt Maliyyə Evi) yox demədi. Onların istəyinə əsasən, faizsiz bank planını yazdı. Onu dərin fiqhi məsələlərlə yazdı.

kod

4007737