İQNA, "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Osman İhab Əbdül-Kərim, Əl-Əzhər Universitetinin Prinsiplər Fakültəsinin birinci kurs tələbəsidir. Quran tilavətində diqqətəlayiq uğur qazanmışdır.
O, həyatı haqqında deyir: "Mən kor doğulmuşam. Amma Allah, mənə Quran sevgisini verdi. Quranı əzbərləmək və qiraət etməkdə məni müvəffəq etdi. Allah-taala mənə Quranı istədiyimdən də çox əta etdi. Gözlərimi Qurani-Kərimlə işıqlandırdı. Gözəl səslə Quran qiraət etməyimlə məni insanlar arasında sevdirdi."
Osman əlavə etdi: "Mən Quranı 13 yaşında dinləməklə tamamilə əzbərlədim. Babam və valideynlərim məni həvəsləndirdi."
O qeyd edib ki, o, Qurana olan məhəbbətdən Misirin Quran radiosunu dinləməyə başladım. Məhəmməd Siddiq Menşavi, Şeyx Əbul-Eyneyn Şueyşey, Şeyx Əbdül-Basit Əbdüs-Səməd və digər misirli böyük qari və ustadları təqlid etdim. Quran tilavətində mühüm irəliləyişlər əldə etdim.
İndi Osman İhab Əbdülkərimin Ali-İmran surəsinin 31 və 32-ci ayələrinin qiraətinin videosunu görəcəksiniz.
31- (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir!”
32- Söylə: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”