IQNA

Dubayda 25 ilahi peyğəmbərin həyatı ilə tanışlıq

İslam Dünyası Birliyi Expo 2020-də peyğəmbərlərin həyatından bəhs edən sərgi açıb.

İQNA, "Ərəb News"-a istinadən xəbər verir ki, İslam Dünyası Birliyi, Expo 2020-də Quranda adı keçən 25 peyğəmbərin həyatını beş fərqli dildə təqdim edir.

Bu sərginin bir hissəsində "Peyğəmbərlər; Sanki onları görürsən" adlı bir proqram təqdim olunub. Onda peyğəmbərlərin və İslam elçilərinin tərcümeyi-hallarını təqdim etmək üçün ən son texnologiyadan istifadə edilib. Bu proqramda bu ilahi peyğəmbərlərin dünyaya gətirdikləri sülh, sevgi, məhəbbət, dözümlülük, birgəyaşayış və insanlıq mesajları göstərilir. Həmçinin, Həzrət Peyğəmbərin (s) yüksək əxlaqını və İslamın ümumbəşəri mesajının əhatəliliyini və gözəlliyini vurğulayır.

Quranda adı keçən 25 peyğəmbər ərəb, ingilis, fransız, ivrit və indoneziya dili daxil olmaqla beş fərqli dildə tanıtdırılacaq.

Bu sərgi, LED ekranlarla gələn vizual təcrübə təqdim edir ki, ziyarətçiləri peyğəmbərlərin həyatına aparır, sanki peyğəmbərlərin həyatı boyu onlarla yoldaşlıq etmişlər.

kod

4013338