IQNA

Fələstinli sənətkarlar Əl-Əqsa məscidinin pəncərələrini təmir edir

Əl-Əqsa məscidinin pəncərələri fələstinli sənətkarlar tərəfindən bərpa edilir.

İQNA, "Mədison"-a istinadən xəbər verir ki, Sionist qüvvələrin Əl-Əqsa məscidində fələstinlilərə qarşı son hücumlarında Məscidül-Əqsanın bəzi pəncərələrinin şüşələri sınmışdı. Bu pəncərələr vitraj və gipsdən hazırlanır.

Fələstinli sənətkarlar Yenidənqurma Komitəsi tərəfindən yaradılmış xüsusi emalatxanalarda pəncərələri təmir edirlər. Bu pəncərələrin təmiri tamamilə əl ilə görülür. Bəzən onun təmiri 6 ay çəkir.

Bu pəncərələr Əl-Əqsa məscidinin memarlıq gözəlliyində mühüm rol oynayır. Onlara Quran ayələri və peyğəmbər hədisləri həkk olunub.

kod

4014659

Teqlər: fələstin ، əl-əqsa ، məscid ، İslam ، quran