IQNA

Misirin "Qarilər Cəngavəri" ilə tanış olaq

Şeyx Əhməd Əbu Fəyyuz, "Kəfr Şeyx" vilayətindən olan görkəmli Misir qiraətçisidir. O, Misirdə "Qarilər Cəngavəri" kimi tanınır.

İQNA, "Sədyül-Bələd"-ə istinadən xəbər verir ki, Şeyx Əhməd Əbu Fəyyuz, "Kəfr Şeyx" şəhərinin Qarilər Birliyinin rəhbəridir. O, Misirdə ölkənin radio və televiziyasında Quran oxuyan ən görkəmli müasir Qarilərdən biridir.

Gözəl səsi və qüdrətli qiraəti sayəsində o, Qurani-Kərim həvəskarları arasında məşhurlaşdı və Misirdə "Qarilər Cəngavəri" adlandırıldı.

Əhməd Əvəz Əbu Fəyyuz, 1978-ci ildə Misirin "Kəfr Şeyx" şəhərinin Dəsuq rayonunda Əbu Ziyadə kəndində anadan olub. 9 yaşında Qurani-Kərimi əzbərlədi. O, kiçik yaşlarından ölkəsinin böyük və məşhur qarilərinin qiraətlərini dinləmək üçün mütəmadi olaraq Qurani-Kərim məclislərində iştirak edirdi.

15 yaşında Dəsuq ətrafındakı kəndlərdə çox məşhur oldu. Az sonra onun şöhrəti "Kəfr Şeyx" vilayətinin şəhərlərinə yayıldı. Nəhayət, o, gözəl səsi və Qurani-Kərimi qüdrətlə oxumaq bacarığı ilə Misirin digər əyalətlərində də məşhurlaşdı.

Bu misirli qiraətçinin gözəl qiraəti onu Misir radio və televiziyasının Quran tilavəti imtahanında iştirak etməyə sövq etdi. O, münsiflər heyəti üzvlərinin etimadını qazanaraq bu imtahanda uğur qazandı. Beləliklə, o, 2011-ci ildə ölkə radio və televiziyasının etibarlı Qarisinə çevrilib.

O, həmçinin ölkənin aparıcı Qarisi kimi Quran Radiosunda xüsusi reputasiya qazanıb.

Bir müddət sonra Əbu Fəyyuz "Kəfr Şeyx", Qarilər Birliyinin rəhbəri seçildi. Misirdə və İslam dünyasında Qurani-Kərimin ən görkəmli Qarilərindən birinə çevrildi. O, Quran oxumaq üçün İslam ölkələrinə səfər edir. Xüsusilə də müqəddəs Ramazan ayında dini mərasimlərdə müxtəlif ölkələrdən çoxlu sayda Quransevərlərin hüzurunda Quran oxuyur. İndi də onun ən gözəl qiraətləri sosial şəbəkələrdə geniş şəkildə yayılır.

Şeyx Əhməd Əbu Fəyyuzun qiraətinin videosuna aşağıda baxa bilərsiniz.

kod

4014862