İQNA, "Əd-düstur"-a istinadən xəbər verir ki, Misirdə Quran qarisi olan 17 yaşlı Taha İzzət Əl-Bəhirə əyalətinin Edvina kəndinin Əl-Əzhər Dini İnstitutunun tələbəsidir. O, Əl-Əzhər məktəbində təhsil almaqdan və eyni zamanda Qurani-Kərimi öyrənməkdən qürur duyur. Onun atası Misir Vəqflər Nazirliyinin imamlarından və xətiblərindən biridir.
Taha İzzət altı yaşında Quranı əzbərləməyə başladı. 10 yaşında ibtidai məktəbin altıncı sinfində oxuyarkən Quranı bütünlüklə əzbər bilirdi.
Əl-Bəhirə əyalətinin Rəşid rayonunun Edvina kəndindəki Əl-Əzhər Dini İnstitutunda Quran müəllimi olan Şeyx Vəlid əl-Əxras, Tahanın gözəl və şirin səsini görəndə atasından onun səsi üzərində işləməsini xahiş edir.
O, qiraətdə Şeyx Mahmud Şahhat Əl-Ənvərı özü üçün seçdiyi ən böyük örnək adlandırır. O, Misirdə müxtəlif Quran müsabiqələrində birincilik əldə edib.
Aşağıda siz Taha İzzətin studio qiraəti ilə Mübarək "Qaf" surəsinin 31-ci ayəsindən 36-cı ayəsinə qədər qiraətini görəcəksiniz.
31_ Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.
32_ (Onlara deyiləcəkdir:) “Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan,
33_ Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!
34_ Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!”
35_ Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, Allah rizası və s. ) mövcuddur!
36_ Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar:) “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar.