IQNA

Kufə məscidi İraqın Kufə şəhərində yerləşən İslam dünyasının dörd ən böyük məscidindən biridir. Bu məscidin Məscidul-Haramdan sonra dünyanın ən qədim məscidi olduğu deyilir. Müslim İbn Əqil, Hani İbn Ürvə və Muxtar Səqəfi kimi bəzi böyük şəxsiyyətlərin və din alimlərinin məzarları bu müqəddəs məkanda yerləşir.