IQNA

Misirin və İslam dünyasının məşhur qiraət ustadı Əbdül-Basit Əbdüs-Səmədin nadir studiya video qiraətinin videosu kiberməkanda yayılıb.

"İQNA", xəbər verir ki, Ustad Əbdül Bəsit bu filmdə öz məlahətli və gözəl səsi ilə Taha surəsinin 25-35-ci ayələrini oxumuşdur. Bu video 1983-cü ilə (39 il əvvələ) aiddir.

Ayələr bundan ibarətdir:

25_ "Dedi: Ey Rəbbim, sinəmi genişləndir" (mənə çoxlu səbr və hövsələ ver).

26_ "İşimi mənə asanlaşdır" (peyğəmbərliyin yerinə yetirilməsində mənə kömək et).

27_ "Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç".

28_ "ki, sözümü başa düşsünlər".

29_ "Ailəmdən mənə bir vəzir və yardımçı ver".

30_ "Qardaşım Harunu".

31_ "Arxamı onunla möhkəmləndir".

32_ "Və onu işimə (ilahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et".

33_ "ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək".

34_ "Və Səni çox yad edək".

35_ "Çünki Sən bizi (biz əhli-beyti, həmçinin bizim Səni pak sifətlərlə mədh etməyimizi və Səni yada salmağa bağlılığımızı) həmişə görürsən".

4055991

Teqlər: Əbdül-basit ، studiya ، Quran ، qiraət ، Misir