IQNA

Mərakeşli qari Məhəmməd Qistalinin oxuduğu Həcc surəsindən ayələr

Mərakeşli gənc qari Məhəmməd Qistali, gözəl səsi ilə "Həcc" surəsini oxuyub və bu qiraət virtual məkanda yayımlanıb.

"İQNA", xəbər verir ki, Məhəmməd Qistali 1990-cı ildə Mərakeşin "Darul-Beyza" şəhərində anadan olub. Həcc günləri və Zil-Hiccə ayı münasibəti ilə bu mərakeşli qarinin Həcc surəsinin 1-5-ci ayələrindən bir hissəsini aşağıda eşidəcəksiniz:

1_ Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!

2_ Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!

3_ Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən özünə övlad götürmüşdür” -deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.

4_ (Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): Hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.

5- Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün ən rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.

kod

4068821