İranda bahar şənlikləri başlayıb
22 bölgənin bələdiyyələrindən xüsusi dəstələrin, incəsənət və dram qruplarının iştirakı, xalqların Novruz simvollarının, çiçək və bitkilərin sərgilənməsi, musiqi qruplarının oxuması, on min rəngli şarın uçurdulması ilə 17 mart cümə günü günortadan sonra Həzrət Vəli Əsr meydanında İranın bahar şənliklərinə start verilib.