Şəcərə məscidi ilə tanışlıq
Şəcərə məscidi və ya Zul-Həlifə məscidi Məkkəyə gedən yolda Məscidin-Nəbidən səkkiz kilometr cənub-qərbdə, “Zul-Həlifə” və ya “Abar Əli” bölgəsində yerləşən Mədinənin tarixi məscidlərindən biridir. Zul-Həlifə Təməttö həcci və müfrədə ümrə üçün Mədinədən Məkkəyə gedənlərin miqatıdır (ehram bağladıqları yer). Bu yer həm də Əl-Əhram məscidi kimi tanınır. Həzrət Peyğəmbər (s) də Ümrə və Təməttö həcclərində bu miqatda ehram bağlayırdı.