IQNA

İmam Rzanın (ə) hərəmində ənənəvi "Səla" mərasimi keçirilib

İQNA - Məhərrəm ayının ilk günü ilə eyni vaxtda iyulun 7-si bazar günü İmam Rzanın (ə) hərəmində xidmətçilər tərəfindən Seyidüş-Şühədanın (ə) əzadarlığına başlamaq üçün ənənəvi "Səla" mərasimi keçirilib.

"Səla" hərfi mənada səsləmək, dəvət etmək və elaqn etmək deməkdir. Bu ayin 300 ildən çoxdur ki, hər il məhərrəm ayının əvvəlində Əhli-Beyt (ə) məddahların İmam Hüseyn (ə) üçün əzadarlıq mövzusunda şeirlər və mərsiyələr oxumaları ilə qeyd olunur.