"İQNA"-nın "Yeni Şəfəq əl-Ərəbiyyə"yə istinadən verdiyi məlumata görə, bu ölkənin Bilide şəhərinin məscidlərindən birində Quran əzbərləməyi asanlaşdırmaq üçün unikal üsul icad edən əlcəzairli müəllimin gözəl videosu sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.
Bu üsulda müəllim şagirdlərə kiçik bir top verir və onların hər biri bir surədən bir ayə oxuduqdan sonra topu sinif yoldaşlarından birinə verir və o, qeyd olunan surədən növbəti ayəni oxumalıdır və o, ayəni oxuduqdan sonra topu ötürərək sinif yoldaşlarından birinə verir və bütün surə bu ardıcıllıqla oxunur.
Bu yayın əvvəlində Əlcəzairin Vəqflər Nazirliyi Quran fəaliyyətinin, xüsusilə müxtəlif yaş qrupları üçün Quran təliminin yay kurslarının, eləcə də yerli və milli yarışların əhəmiyyətli dərəcədə genişləndiyini bildirdi.
4227672