IQNA

Malayziya Quran yarışmasında gözdən əlil qarinin Quran tilavəti yüksək qiymətləndirilib

8:19 - October 11, 2024
Xəbər sayı: 3496840
İQNA - 64-cü Beynəlxalq Malayziya Quran Qiraəti və Hifzi Yarışmasının açılış mərasimində misirli görmə qüsurlu qari gözəl səsli Quran tilavəti ilə tamaşaçıları heyran etdi.
kod

"Əl Masry Əl Yəvm" saytının verdiyi xəbərə görə, Kuala Lumpurda keçirilən bu Quran yarışmasında CAKİM Facebook səhifəsində Quran qarisi Muhəmməd Əbdül-Kərim Kamil Ətiyyənin Misiri təmsil edən yarışmada iştirak etdiyini paylaşdı.
Oktyabrın 5-də Kuala Lumpurda 64-cü Beynəlxalq Malayziya Quran tilavəti və hifzi müsabiqəsi başlayıb və oktyabrın 12-dək davam edəcək. Müsabiqəyə 71 ölkədən 91 iştirakçı qatılıb.
Aşağıda gözdən əlil qarinin, "Şura" surəsi, 52-dən 53-ə qədər olan ayələrinin qiraətinə baxa bilərsiniz:
"Beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Qur’an və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Qur’anı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən".
"O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır".
4241268

captcha