İQNA - Colfa, İsfahanın Zayəndərudun cənub sahilində yerləşən məhəllələrindən biridir. Onun formalaşması Səfəvilər dövrünə təsadüf edir.
Bu məhəllənin sakinləri əsasən məsihilərdir. Çoxsaylı kilsələrin, yüz ildən çox yaşı olan məktəblərin və ənənəvi adət-ənənələrə və mədəniyyətə malik sakinlərin mövcudluğu bu qədim məkanın xüsusiyyətləridir.