IQNA

Liviyalı hafiz Səhib Cibrilin "Maidə" surəsindən etdiyi tilavəti

İQNA - Səhib Məhəmməd Əbdul-Kərim Cibril bu ölkə daxilində və xaricində Quran yarışlarında iştirak təcrübəsi olan Liviyalı hafizlərdən biridir.
kod

"İQNA"-nın verdiyi məlumata görə, bu liviyalı hafiz bu yaxınlarda Rusiyada keçirilən 22-ci Beynəlxalq Quran Hifzi Müsabiqəsində iştirak edib və birinci yerə layiq görülüb.

Bu liviyalı hafizinin "Maidə" surəsinin 67 və 68-ci ayələrindən oxuduğu tərtil qiraətindən bir hissəni diqqətinizə çatdırırıq.

«يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ وَإِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ»

"Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz" (Maidə, 67).

«قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَى شَيْءٍ حَتَّى تُقِيمُوا التَّوْرَاةَ وَالْإِنْجِيلَ وَمَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ وَلَيَزِيدَنَّ كَثِيرًا مِنْهُمْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ طُغْيَانًا وَكُفْرًا فَلَا تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ»

" De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.» Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə" (Maidə, 68).

Teqlər: hafiz ، qari ، tərtil qiraəti ، liviya