Sədabad tarixi kompleksində payızın min rəngi çərçivəsi
İQNA - Sədabad tarixi-mədəni kompleksi Tehranın ən böyük bağı kimi Tehranın Şəmiran ərazisində və Əlborz dağ silsiləsinin ətəyində yerləşir. 110 hektarlıq bu kompleks Pəhləvi dövrünə aiddir və bir neçə hektar təbii meşə, bir neçə saray, malikanə, muzey, su kəmərləri, bağlar, istixanalar və payız mövsümündə ziyarətçilərə gözoxşayan mənzərələr bəxş edən küçələri əhatə edir.