"İQNA"-nın ingilis dili üzrə müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi Məşhəd şəhərinin ev sahibliyi ilə yanvarın 26-da başlayıb və cümə günü, yanvarın 31-də başa çatıb. Bu yarışlar qadın və kişilər arasında iki bölmədə, yerli və xarici hakimlərin iştirakı ilə təhqiq qiraəti, tərtil qiraəti və bütün Qquranı əzbərləmə sahələrində keçirilib.