IQNA

İmamiyyə məktəbi, İlxani dövründən qalan parlaq yadigar

İQNA - İmamiyyə məktəbi (Baba Qasim) İsfahanda, Əllamə Məclisi küçəsində yerləşir və hicri 8-ci əsrə aiddir. Bu məktəbin əsasını Baba Qasım İsfahaninin tələbələrindən olan Sultan Əbil-Həsən Talut Damqani qoymuşdur. Tarixi və gözəl İmamiyyə məktəbi İlxanilər dövrünə aiddir və iki mərtəbədə tikilib və məscidi xatırladır. Bu binanın bəzəklərində rəngarəng kirəmitlər, müqərnəslər və yazılar vardır. Bu binada İlxanilər dövrü bəzəklərinin simvolu olan göy rəngi görünür. Bu məktəbin dörd eyvanının hər biri kətibələrlə bəzədilib və orada Qurandan surələr, Peyğəmbərin (s) səhabələri haqqında məlumatlar və dini hədislər var.
Teqlər: məktəb ، isfahan ، iran