“Məhərrəm Şəhər” adlı dini mərasim tədbirinə start verildi
İQNA – Tehranın Azadlıq meydanında keçirilən illik dini tədbir olan “Məhərrəm Şəhər”in üçüncü mərhələsi 22 iyul 2025-ci ildən başlayaraq 5 avqusta qədər davam edəcək. Bu tədbir dini məzmunu bədii yaradıcılıqla birləşdirərək, Məhərrəm ayının üçüncü ongünlüyü və Səfər ayının birinci ongünlüyündə İmam Hüseynin (ə) matəm ruhunu yaşatmaq və Tehranın şəhər mühitini Kərbəla mesajından ilhamlanmış bir atmosferə çevirmək məqsədi daşıyır.