IQNA

Əl-Əqsa məscidinin xətibi: “Sionist rejimin İslam anlayışlarını təfsir etməyə haqqı yoxdur”

6:21 - November 19, 2025
Xəbər sayı: 3499240
İQNA - Əl-Əqsa məscidinin xətibi, məhkəməsi ərəfəsində bildirib ki, İsrail işğalçı hakimiyyəti fələstinlilər tərəfindən qəbul edilmiş dini anlayışları öz siyasi məqsədlərinə uyğun şəkildə şərh edir.

“Əl-Cəzirə”nin verdiyi məlumata görə, Qüdsdə Əl-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Sabri məhkəmə prosesindən əvvəl bildirib ki, İsrail işğalçıları İslam dini ilə bağlı məqbul və tanınmış anlayışları öz siyasi şərhləri ilə qarışdırırlar.

O vurğulayıb ki, dini vəzifələrini yerinə yetirərkən istifadə etdiyi dini ifadələr Quranda və Sünnədə gəldiyi kimi imanının və dini öhdəliyinin ayrılmaz bir hissəsidir və onların özünəməxsus adət-ənənələri var. O, bunlardan sərbəst şəkildə istifadə etmək hüququna malikdir. Əl-Əqsa xətibi qeyd edib ki, İsrail məhkəmə sistemi bu dini anlayışları siyasi və ya təhrikedici şəkildə yozmağa haqqı yoxdur.

Sabri, məhkəmədən gözləntiləri ilə bağlı bildirib ki, bundan əvvəl də bir neçə dəfə “təhrik” və “terrorizmə dəstək” kimi ittihamlarla istintaqa cəlb olunub, lakin bu ittihamların heç biri sübut edilməyib.

O vurğulayıb ki, İsrail mediası və radikal qruplar tərəfindən təzyiq göstərmək və ittiham irəli sürmək məqsədilə aparılan təhriklər mövcuddur. Onlar hətta mərhum Şeyx Əhməd Yasinə qarşı edilən ölüm hədidinə bənzər təhdidlərə əl atırlar.

Sabri əlavə edib ki, bu məhdudiyyətlərin məqsədi açıq şəkildə görünür: müxalif səsləri susdurmaq, Qüds cəmiyyətində və ümumilikdə fələstinlilər arasında qorxu yaratmaq, Əl-Əqsa məscidini müdafiə etmək və həyətlərində dağıntı törədən radikal qruplara qarşı etiraz etməyin qarşısını almaq.

O izah edib ki, yəhudi qrupları məscidin həyətlərində mahnı oxumaq, rəqs etmək kimi dini ayinlər həyata keçirir və onlara heç bir məsuliyyət tələb olunmadan bu işləri görməyə icazə verilir. Bu isə terrorizm və təhlükəsizliklə bağlı qanunda qeyd edilənlərlə ziddiyyət təşkil edir.

Digər tərəfdən, Qüds və müqəddəs məkanları müdafiə üzrə İslam–Xristian Komissiyası İsrail işğalçı hakimiyyəti tərəfindən Əl-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Sabrinin məhkəməyə verilməsini pisləyib və bunu “Qüdsdəki alimlərə və dini simalara birbaşa hücum” adlandırıb.

Komissiya bazar ertəsi yayımladığı bəyanatda bildirib ki, bu məhkəmə prosesi İsrailin “dini liderləri susdurmaq və məhdudlaşdırmaq” siyasətinin tərkib hissəsidir və bu, ibadət və ifadə azadlığının ciddi şəkildə pozulması deməkdir.

Bəyanatda qeyd edilib ki, bu işin məqsədi “Əl-Əqsa məscidinin İslami və ərəb rolunu, habelə Haşimi qəyyumluğunu zəiflətmək və məscid üzərində məskunlaşanların nəzarətini genişləndirməkdir.”

Komissiya “Şeyx Sabrinin cəsarətli milli mövqelərini” tərifləyib və ərəb–İslam dini və hüquq təşkilatlarını “bu ədalətsiz məhkəməni dayandırmaq, Qüdsdəki dini simaları qorumaq və dini azadlıqların artan şəkildə pozulmasını beynəlxalq cavabdehlik tələb edən hərbi cinayət kimi ifşa etmək üçün dərhal fəaliyyət göstərməyə” çağırıb.

Eyni zamanda, 1948 işğal olunmuş ərazilərində fəaliyyət göstərən “Ədalət” və “Mizan” insan haqları təşkilatları çərşənbə günü keçirilməsi planlaşdırılan məhkəmə iclası öncəsi Şeyx Əkrəmə Sabrinin müdafiə heyətinə qoşulduqlarını elan ediblər.

Müdafiə heyəti bildirib ki, bu təşkilatların qoşulması “işin milli və dini ölçülərini vurğulamaq üçündür”, çünki işğalçı hakimiyyət Qüdsün ən tanınmış dini və milli simalarından birini hədəf almağa çalışır.

Müdafiə heyəti əlavə edib ki, bu iş “1948 ərazilərində yaşayan fələstinlilərlə Qüds və onun müqəddəs məkanları arasındakı dərin əlaqəni əks etdirir” və “Şeyxin üzləşdiyi vəziyyət Əl-Əqsa məscidinin durumuna təsir göstərir, buna görə də dini simaların müdafiəsi üçün birgə fəaliyyəti zəruri edir.”

4317606

captcha